Logo

Cənubi Florida Universitetində Azərbaycan bayrağı ucaldılıb - FOTO

08.01.2024 22:32 127 baxış
IMG

Cənubi Florida Universitetində fəaliyyət göstərən Azərbaycanlı Tələbələr Assosiasiyasının təşəbbüsü ilə Azərbaycan Bayrağı qaldırılıb.

Tehsil.biz xəbər verir ki, universitetin Mühəndislər Kollecinin vestibülündə keçirilən 152-ci bayraqqaldırma mərasimi Azərbaycana həsr olunub. Bu guşədə Yaponiya, Koreya, Almaniya, Böyük Britaniya, Braziliya və digər ölkələrin bayraqları asılıb.

Universitet tələbələri Vaqif Əsədov və Vaqif Məmmədov bildiriblər ki, bu əlamətdar hadisəyə görə qürur duyurlar. “Bu, dünyanın ən gözəl hissidir. İnsanlara ölkəmizi öyrənməyə kömək etmək dünyada ən gözəl hissdir”, - deyə Vaqif Əsədov vurğulayıb.

Universitetin Mühəndislər fakültəsinin dekan müavini Bernard Betson bildirib ki, məqsədləri kollecin qonaqpərvər yer olduğunu nümayiş etdirməkdir.

Bu hadisə yerli media tərəfindən geniş işqlandırılıb. Mediaya müsahibəsində Vaqif Əsədov ölkəmiz və bayrağımız barədə ətraflı məlumat verib.

Qeyd edək ki, Universitetdə təhsil alan 50 min tələbə arasında 43 azərbaycanlı tələbə var.

Xəbər lenti