Logo

Los-Ancelesdə "Fəxri Oskar" mükafatlandırma mərasimi keçirilib

10.01.2024 09:55 190 baxış
IMG

Los-Ancelesdə 14-cü "Fəxri Oskar" mükafatlandırma mərasimi keçirilib.

Tehsil.biz TASS-a istinadən xəbər verir ki, rejissor Mel Bruks, aktrisa Anjela Bassett və film redaktoru Kerol Littleton Kinematoqrafiyada Görkəmli Nailiyyətə görə "Fəxri Oskar" alıb.

Tədbir canlı yayımlanmayıb.

"Fəxri Oskar" mükafatı “kinoda görkəmli nailiyyətlərə, kino sənəti və elminin inkişafına müstəsna töhfələrə və Akademiya qarşısında görkəmli xidmətə görə” verilir. Hollivudda aktyor və ssenaristlərin tətilləri səbəbindən 14-cü "Fəxri Oskar" mərasimi 18 noyabr 2023-cü il tarixindən 9 yanvar 2024-cü il tarixinə təxirə salınıb.

Xəbər lenti