Logo

İranda məktəbli oğlan anasının baş örtüyü ilə özünü asdı

10.01.2024 13:39 183 baxış
IMG

Yanvarın 7-də İranın paytaxtı Tehranda 11 yaşlı məktəbli oğlan ailəsi evdə olmadığı vaxt özünü yataq otağında anasının baş örtüyü ilə asaraq, intihar edib.

Tehsil.biz xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.

“Hadisə zamanı oğlum evdə tək olub və niyə intihar etdiyini bilmirəm. O, çox xoşbəxt idi”, - deyə məktəblinin anası bildirib.

Qeyd olunub ki, ananın bu ifadələrindən sonra Tehran Cinayət Məhkəməsində cinayət işi açılıb və bildirilib ki, şagirdin intihar səbəbinin müəyyən olunması üçün araşdırmalar davam etdirilir.

Xəbər lenti