“CourtKings: məktəblilərin basketbol turniri” layihəsinin təlimlərinə start verilib.
Ümumilikdə 3 məktəbin cəlb edildiyi layihədə hər məktəbdən 15 şagird iştirak edir.
TƏHSİL.BİZ xəbər verir ki, 5 ay davam edəcək layihə çərçivəsində şagirdlər seçiləcək onlar üçün layihənin infossesiyası keçiriləcək, daha sonra isə onlar üçün 36 təlim proqramı hazırlanacaq. Təlimlər yekunlaşdıqdan sonra isə basketbol yarışı keçiriləcək, qalib komandalar mükafatlandırılacaqlar. Həmçinin Basketbol Federasiyasına infotur təşkil ediləcək.
Zaqatala rayon İsgəndər Məmmədov adına Qımır kənd tam orta məktəbin ibtidai sinif müəllimi Fərqanə Ramazanovanın rəhbərliyi ilə həyata keçirilən layihənin məqsədi şagirdlər arasında komanda ruhunun aşılanması, onların fiziki sağlamlıqlarının arıtırlması və asudə vaxtlarının səmərəli dəyərləndirilməsindən ibarətdir.