Logo

ADNSU-da Biotibbi Mühəndilik üzrə IV Beynəlxalq Elmi-Praktiki seminar keçirilib

04.06.2022 11:37 303 baxış
IMG

İyunun 3-də  Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Şuşa ilinə həsr olunmuş Biotibbi Mühəndilik üzrə IV Beynəlxalq Elmi-Praktiki seminar keçirilib.

Tehsil.biz xəbər verir ki, ADNSU-nun Cihaz Mühəndisliyi kafedrasının təşkilatçılığı ilə «İnnovativ Qeyri-invaziv diaqnostika cihazları, aparatları və sistemləri» mövzuzunda onlayn və offlayn formatda keçirilən seminarda Türkiyə, Fransa, Qazaxıstan və yerli universitetlərdən 74 nümayəndə və professor iştirk edib.

Tədbiri giriş sözü ilə açan ADNSU-nun «Cihaz mühəndisliyi» kafedrasının müdiri, texnika elmləri doktoru Lalə Bəkirova bu ilki seminarın əhəmiyyətindən söz açaraq, onun Şuşa ilinə həsr olunmasının xüsusi önəm daşıdığını deyib. Bu cür tədbirlərin biotibbi texnologiyalar üzrə, həmçinin yeni nailiyyətlərlə tanış olmaq və tətbiqi istiqamətində, eləcə də elmdə tətbiqinin əhəmiyyətinə toxunub.

Sonra seminar iştirakçıları məruzələrlə çıxış ediblər.

Türkiyə Karabük Üniversitetinin Mühendislik fakültəsinin professoru Dr. Hacı Mehmet Kayılı “Recent Studies on Biomedical Engineering” mövzusunda,  Bakı Sağlamlıq Mərkəzinin Ambulator poliklinika şöbəsinin Diaqnostik xidmətlər bölümünün rəhbəri İlham Kazımov “Tibi ultrasəs müayinə cihazlarının iş prinsipi” mövzusunda, Bakı Sağlamlıq Mərkəzinin Nevrologiya şöbəsinin həkim-nevropatoloqu Nuridə Tağıyeva “Nevroloji xəstəliklərin diaqnostikasında EMG EEQ-nin rolu” mövzusunda, Türkiyənin Qebze Texniki Universitetinin elmi işçisi Gözdə Yeşiltaş  “Development to combination of GelMa-Hyaluronic acid-Alginat structure for Bone Tissue” mövzusunda, həmin universitetin digər elmi işçisi Ayşegül Tiryaki “Development to combination of GelMa-Hyaluronic acid-Alginat structure for Bone Tissue”, AzəriMed Qapalı Səhimdar Cəmiyyətinin Texniki servis şöbəsi, Baş mühəndisi Rüfət Sadıqov “Xəstəbaşı monitor” mövzusunda, Bioloji təbabət klinikasının həkimi, fizioterapevt Nuriyyə Əlibəyli “Fizioterapiya və reabilitasiya aparatları” mövzusunda, Ömür klinikasının həkim-kardioloqu Oruc Mehrəliyev “İnvaziv və qeyri-invaziv kardiologiya, fərq və seçim”   və s. mövzularda məruzələrlə çıxış ediblər.

Qeyd edək ki, seminar biotibbi texnologiyalar sahəsində mövcud boşluqların müəyyən olunması, mütəxəssislərin təcrübə mübadiləsi, elmi potensialın inkişafı və qarşılıqlı fikir mübadiləsinin aparılması məqsədi daşıyır.

Xəbər lenti