Logo

ICESCO-ya üzv ölkələr “Xarıbülbül” festivalına qatılıb

11.05.2024 16:38 406 baxış
IMG

Şuşada keçirilən VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalına ICESCO-ya üzv ölkələr də qatılıb.

Tehsil.biz xəbər verir ki, Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən budəfəki festivalın proqramı ifaçıların və repertuarın zənginliyi, fərqli təqdimatlar ilə seçilir.

Belə ki, builki festivalın iştirakçıları arasında həm də ICESCO-ya üzv ölkələrdən ifaçılar və yaradıcı kollektivlər yer alıb.

“Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında Azərbaycanla yanaşı, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, İran, Qazaxıstan, Qətər, Qvineya, Mərakeş, Özbəkistan, Türkiyə də təmsil olunur.

Xəbər lenti