Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə mayın 12-də Türkiyəyə səfər edəcək.
QMİ-nin mətbuat xidmətindən "Tehsil.biz"ə bildirilib ki, Türkiyə Diyanət işləri başqanı Ali Erbaşın dəvəti ilə qardaş ölkəyə yollanacaq şeyxülislam A. Paşazadə mayın 13-də İstanbulda Dünya İslam alimlərinin yeni təsis olunan məşvərət toplantısında iştirak və çıxış edəcək.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İstanbuldakı Dolmabaxça sarayında toplantı iştirakçıları ilə görüşü nəzərdə tutulub.