Logo

BDU tələbələri Pakistanda keçiriləcək beynəlxalq yarışın finalına vəsiqə qazanıblar

13.05.2024 12:27 173 baxış
IMG

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “İnnovativ və yaradici həllərin tapilmasi” mövzusunda beynəlxalq müsabiqənin birinci mərhələsində Bakı Dövlət Universitetinin (BDU) “SABAH” qruplarının tələbələri Cahan İsmayılova, Leyla Əliyeva, Fəridə Rzayeva və İsgəndər Məmmədovdan ibarət komanda ikinci yerə layiq görülüb.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, Azərbaycan Texniki Universiteti və Pakistan İslam Respublikasının Milli Elm və Texnologiya Universitetinin birgə təşkilatçılığı ilə keçirilən müsabiqədə Azərbaycanın ümumilikdə 10 ali təhsil müəssisəsindən 22 komanda iştirak edib. Məqsəd universitetlərin müəllim və tələbələrinin innovativ ideyalarla qlobal problemlərin həllinə töhfə verilməsinə cəlb olunmasıdır.

Müsabiqənin ilkin mərhələsinin qalibləri Pakistanın paytaxtı İslamabadda keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.

Xəbər lenti