Logo

Yuğ Teatrında “21:15 qatarı” adlı tamaşanın premyerası olub - FOTO

12.05.2024 11:50 354 baxış
IMG

Azərbaycan Dövlət Yuğ Teatrında türk dramaturq Toyğun Orbayın eyniadlı pyesi əsasında hazırlanmış “21:15 qatarı” tamaşasının premyerası olub.

Tehsil.biz xəbər verir ki, ekzistensial oyun janrında nümayiş olunmuş səhnə əsərində Xalq artisti Məmmədsəfa Qasımov, Əməkdar artistlər Fərhad İsrafilov və Gülzar Qurbanova çıxış edib. Səhnə əsərinin quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayev və rejissor assistenti Günel Səfərovadır.

“21:15 qatarı”nın növbəti premyerası mayın 12-də olacaq.

Xəbər lenti