Logo

BMU tələbələrinin “Teleradio” İB-yə ekskursiyası təşkil edilib - FOTO

11.05.2024 14:18 273 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) radiotexnika və telekommunikasiya mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələri üçün “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinə (“Teleradio” İB) ekskursiya təşkil edilib.

Bu barədə "Tehsil.biz"ə BMU-dan bildirilib.

Avtomatika, telekommunikasiya və energetika kafedrasının professoru İslam İslamovun rəhbərliyi altında baş tutan ekskursiya zamanı Bakı Teleqüllə Radio-Televiziya Yayımı Stansiyasının rəisi Bəhruz Mürsəlov tələbələri yerüstü analoq radio yayımı (FM), rəqəmsal radio yayımı (DAB+), yerüstü rəqəmsal televiziya yayımı (DVB-T/T2), radio-televiziya proqramlarının peykdən yayımı (DVB-S/S2), rəqəmsal radio rabitəsi, IP TV xidməti, anten-fider sistemləri və s. sahələrlə tanış edib. Eyni zamanda, özəl radio və TV şirkətlərin, mobil operatorların, radio rabitə istifadəçilərinin avadanlıqlarına texniki xidmətin göstərilməsi işlərinin necə təşkil olunması haqqında geniş məlumat verib.

B.Mürsəlov ölkə ərazisində efir məkanının təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlərə də toxunub. Bildirib ki, işğaldan azad olunmuş ərazilərimizdə Şuşa, Mincivan, Xanlıq, Şahyeri və Laçın stansiyalarından yayımlar bərpa olunub, eləcə də Kəlbəcər rayonunun mərkəzində lokal yayımlar təmin edilib.

Ekskursiya tələbələri maraqlandıran sualların cavablandırılması ilə başa çatıb.

Xəbər lenti