Logo

“Google Chrome” istifadəçilərinə TƏCİLİ XƏBƏRDARLIQ

12.05.2024 12:40 306 baxış
IMG

“Google” anonim informasiya təhlükəsizliyi eksperti tərəfindən aşkar edilmiş CVE-2024-4671 boşluğunu aradan qaldıran “Chrome” brauzeri üçün təhlükəsizlik yeniləməsini buraxıb.

"Tehsil.biz"in Gazeta.ru-ya istinadən məlumatına görə, hakerlər bu boşluqdan fəal şəkildə istifadə edirlər.

Boşluğun təcavüzkarlar tərəfindən necə istifadə edildiyi barədə təfərrüat açıqlanmır. Lakin bu, icazəsiz məlumat sızıntısına, sistem xətalarına və hətta kodun cihazın uzaqdan idarə edilməsinə səbəb ola bilər.

İstifadəçilərə mümkün kiberhücumların qarşısını almaq üçün brauzerlərini yeniləmələri tövsiyə olunur.

Xəbər lenti