"Şuşanın bir çox tarixi və dini abidələri işğal dövründə işğalçılar tərəfindən tamamilə dağıdılıb".
Tehsil.biz xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında çıxışında bildirib.
Dövlət başçısı deyib ki, hazırda dörd məscid yenidən qurulub, digər məscidlərdə təmir-bərpa işləri aparılır:
"Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir. Şuşa, sözün əsl mənasında, dirçəlir".