Logo

Dövlət qulluğuna qəbul imtahanında 34 nəfər uğur qazandı

12.05.2024 15:19 370 baxış
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün dövlət qulluğunda inzibati vəzifələrin A növünə aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçirilib.

Tehsil.biz DİM-ə istinadən xəbər verir ki, imtahanda 111 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, AB4 altqrupu üzrə 3 nəfər, AC1 altqrupu üzrə 4 nəfər, AC2 altqrupu üzrə 5 nəfər, AC3 altqrupu üzrə 8 nəfər, AC4 altqrupu üzrə 14 nəfər olmaqla, ümumilikdə 34 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

Xəbər lenti