Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla əlaqə sektorunun və “Azerbaijan Fish Farm” şirkətinin birgə təşkilatçılığı ilə IV kurs tələbələri üçün “Beynəlxalq satış üzrə mütəxəssis” mövzusunda təlim keçirilib.
BDU-dan "Tehsil.biz"ə bildirilib ki, Karyera və məzunlarla əlaqə sektorunun baş mütəxəssisi İlkin Şərifov iştirakçıları sektorun fəaliyyət istiqamətləri, tələbə və məzunların karyera quruculuğu istiqamətində yaradılan imkanlarla tanış edib.
Şirkətin əməkdaşı olan təlimçi Ülviyyə Cəfərova bildirib ki, beynəlxalq satış üzrə mütəxəssis xarici ticarət əlaqələrinin qurulması və inkişaf etdirilməsi üzrə təkliflərin hazırlanması, mövcud, potensial tərəfdaş və müştərilərlə ticarət əlaqələrinin inkişaf etdirilməsi, ixrac əməliyyatları və xidmətlər üzrə müqavilələrin hazırlanması, nəqliyyatın planlaşdırılması, nəqliyyat dəyərinin hesablanması kimi prosesləri koordinasiya və icra edir.
Daha sonra təlimçi tələbələri şirkətin təcrübə proqramları ilə yaxından tanış edib, onların mövzu ilə bağlı suallarını cavablandırıb.