Azərbaycan Dillər Universitetinin Müəllim və Tələbə Həmkarlar Təşkilatının təşəbbüsü və maliyyə dəstəyi ilə, İngilis dilinin qrammatika kafedrası Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü həsr olunmuş İngilis dilinin Praktik və Kommunikativ Qrammatika I fənlərindən Ulu Öndər H.Əliyevin dövlətçilik və gənclər siyasəti haqqında fəaliyyətini əks etdirən “Qrammatika Olimpiadası” müsabiqəsi keçirilib.
Bu barədə "Tehsil.biz"ə ADU-dan bildirilib.
Müsabiqə Təhsil I və II fakültəsinin 1-ci kurs bakalavr tələbələri arasında təşkil olunub.
İngilis dilinin qrammatikası kafedrasının müdiri dos. Laləndar Ziyadova, rektor köməkçisi i.e.f.d. Anar Osmanov, Təhsil I fakültəsinin dekanı prof. Fikrət Cahangirov, Təhsil II fakültəsinin dekanı dos. Salman Nuriyev olimpiadanı müşahidə edib və yüksək qiymətləndiriblər.