"Ailə ilə ünsiyyət müəyyən nöqteyi-nəzərdən şagirdin riyaziyyat fənni ilə bağlı nəticələrinə təsir edir. Bəlkə də bu, kiçik məsələ kimi görünsə də, kommunikasiya ilə cəmiyyəti, müəllimi və valideyni bundan səmərəli istifadə edilsə, təhsildə yaxşı nailiyyətlərə yiyələnəcəyinə inandıra bilərsən".
Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakıda keçirilən PISA üzrə II ICESCO Nazirlər Konfransında çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, təhsilin yaxşılaşdırılması üçün yüz müxtəlif meyara yatırımlar edilməlidir:
"PISA təhsilə keyfiyyət mədəniyyəti gətirib çıxara bilər. Bu, vacib məsələdir. Azərbaycanda bilik və bacarıqların geniş qiymətləndirilməsi mədəniyyətinin formalaşdırılması faydalı olardı. Hər bir ölkənin öz təhsil prinsipi var. Beynəlxalq və yerli qiymətləndirmələr bir-birinə uyğun aparılır. Bəzən müəllimlər yeni sistemə birdən-birə keçə bilmir. Özümüzü qiymətləndirə bilməyimiz üçün bir sıra bacarıqlara yiyələnməliyik. Ümumilikdə isə təhsil irsimizdən tam vaz keçə bilmərik".
Kənan Nağıbəyli