Logo

Şərqşünas alimin məqaləsi Türkiyədə dərc olunub

08.05.2024 15:15 135 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elnur Mustafayevin məqaləsi Türkiyənin “Akademik tarix və düşüncə” jurnalında dərc olunub.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, məqalə “Dinlərarası dialoq: qlobal təhlükəsizliyin və mənəvi intibahın qarantı kimi” mövzusunda həsr edilib. Məqalədə dialoqun faydası kimi dinlər və məzhəblərarası yaxınlaşma, əməkdaşlıq və bir-birinə qarşı yanlış təsəvvürlərin redaktəsi, radikalizm və ekstremizm meyillərinə qarşı mübarizə, mötədilliyə əsaslanan düşüncələrin inkişaf etdirilməsi və sair mövzular araşdırılır.

Xəbər lenti