Logo

“Azərbaycanın yaşıl iqtisadiyyata keçidi” adlı məqalə Birləşmiş Krallığın nüfuzlu jurnalında

19.05.2024 17:17 316 baxış
IMG

ABŞ-nin Vaşinqton ştatında yerləşən Corc Vaşinqton Universitetinin tələbəsi, Azərbaycanlı Tələbələr Assosiasiyasının həmtəsisçisi Kənan Məmmədovun Birləşmiş Krallıqda nəşr olunan “Middle East Monitor” (Yaxın Şərq Monitoru) jurnalında “Azərbaycanın yaşıl iqtisadiyyata keçidi” adlı məqaləsi dərc olunub.

Tehsil.biz Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, məqalədə ekoloji cəhətdən dayanıqlılığa diqqətin artdığı bir dünyada, Azərbaycan iqtisadiyyatının dinamik inkişafı üçün mühüm addımlar atıldığı, zəngin neft və qaz ehtiyatları ilə tanınan Azərbaycanın hazırda yaşıl və davamlı gələcəyə doğru irəliləməsi qeyd olunur.

Azərbaycanda keçiriləcək COP29 Konfransından da bəhs edilib və bildirilib ki, Azərbaycanın 29-cu Tərəflər Konfransına (COP29) ev sahibliyi etməyə hazırlaşdığı bir vaxtda bu tədbir ölkənin davamlı inkişafa doğru irəliləyişində mühüm addım olacaq. COP29-a ev sahibliyi etməklə Azərbaycan qlobal ekoloji məqsədlərinə sadiqliyini bir daha təsdiqləyir və Xəzər regionunda bərpa olunan enerjinin təşviqində qabaqcıl mövqe tutur.

Məqalədə Azərbaycanın bu istiqamətdəki fəaliyyəti yüksək qiymətləndirilib və öz nəticələrini göstərdiyi vurğulanıb

Xəbər lenti