Logo

Əqli Mülkiyyət Agentliyində Sənaye Mülkiyyəti Obyektlərinin “Açıq reyestri”nin fəaliyyəti yenilənib

08.05.2024 19:13 149 baxış
IMG

Əqli Mülkiyyət Agentliyi tərəfindən şəffaflığın və əlçatanlığın təmin olunması sahəsində həyata keçirilən tədbirlər davam etdirilir. Bir müddət əvvəl Agentliyin hazırladığı Sənaye Mülkiyyəti Obyektlərinin Reyestri (“Açıq reyestr”) istifadəyə verilib. Bu vaxtadək “Açıq reyestr”ə ixtiralar və faydalı modellər haqqında məlumatlar daxil edilib. İndi isə görülmüş son yenilənmə işlərindən sonra sənaye nümunələri, əmtəə nişanları və coğrafi göstəricilər barədə məlumatlar da “Açıq reyestr”ə daxil edilib.

Bu barədə "Tehsil.biz"ə Əqli Mülkiyyət Agentliyindən məlumat verilib.

Bildirilib ki, artıq Sənaye Mülkiyyəti Obyektlərinin Reyestrində olan bütün sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı haqqında məlumatlar üzrə axtarış aparılması mümkündür. Hər kəs “Açıq reyestr”ə sərbəst daxil olaraq sənaye mülkiyyəti obyektinə uyğun milli qeydiyyatların olub-olmaması barədə məlumatı əvvəlcədən öyrənə bilər.

Sənaye Mülkiyyəti Obyektlərinin Reyestrinə daxil olmaq üçün Əqli Mülkiyyət Agentliyinin internet səhifəsindən və ya birbaşa https://reyestr.copat.az/ linkindən istifadə etmək mümkündür.

Xəbər lenti