Samux rayon E.İsgəndərov adına Əhmədbəyli kənd tam orta məktəbdə şagird davamiyyətinin az olması ilə bağlı sosial şəbəkədə məlumat yayılıb.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən TƏHSİL.BİZ -ə bildirilib ki, məsələ ilə əlaqədar olaraq sözügedən məktəbdə kompleks yoxlamalara başlanılıb.
Yoxlamaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.