Logo

Prezidentin mükafatlandırdığı gənclər arasında o da var - Fotolar

01.02.2025 11:34 26 baxış
IMG

Xəbər verdiyimiz kimi, ötən gün dövlət başçısı 2025-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən bir sıra şəxslərə 2025-ci il Gənclər üçün Prezident mükafatları verilib.

“Qafqazinfo”nun məlumatına görə, onların arasında kamança ifaçısı, görmə məhdudiyyətli ikinci dərəcə əlilliyi olan İsrafilova Fatimə Seymur qızı da var.

Hazırda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Musiqi yaradıcılığı departamentində təlimçi vəzifəsində çalışan F.İsrafilova, həm də Əlilliyi olan Şəxslərin IX Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsinin qaliblərindəndir.

İstedadlı gəncimiz Almaniya, Türkiyə, İsrail və digər ölkələrdə keçirilən beynəlxalq müsabiqələrdə də birincilik qazanıb.

 


 


 


 


 

Xəbər lenti