Logo

Dövlət İdarəçilik Akademiyasının tələbələri Gənclər Günü münasibətilə təltif edilib

02.02.2025 12:42 40 baxış
IMG

2 fevral - Gənclər Günü münasibətilə Dövlət İdarəçilik Akademiyasının bir qrup tələbəsi təltif olunub.

Tehsil.biz xəbər verir ki, giriş nitqi ilə çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətindən danışıb, ölkəmizin bu sahədə əldə etdiyi nailiyyətləri vurğulayıb. Rektor tələbələrin təhsil həyatında və ictimai fəaliyyətlərdə aktiv iştirakını yüksək qiymətləndirib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra sosial iş, təlim - tərbiyə və təşkilati məsələlər üzrə müşavir Zaur Məmmədov DİA tələbələrinin son 1 il ərzində əldə etdikləri yüksək nailiyyətlər haqqında məlumat verib.

Sonda, tələbələrin mükafatlandırılma mərasimi keçirilib, tələbələrə sertifikatlar təqdim olunub.

Xəbər lenti