Logo

BANM tələbəsi “Microsoft” şirkətində uğura imza atıb

01.02.2025 11:39 23 baxış
IMG

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının III kurs tələbəsi Aysel Rəhimli “Microsoft” şirkətində uğura imza atıb.

BANM-dən Tehsil.biz-ə bildirilib ki, Aysel “Microsoft Learn for Educators” proqramına müraciət edərək müvafiq mərhələləri uğurla keçib. Bununla yanaşı, o, “The Microsoft Learn Student Ambassadors” (MLSA) proqramına seçilib.

Proqram çərçivəsində Aysel şirkətin müxtəlif yarış və hakatonlarında iştirak edəcək, eyni zamanda, ona təqdim olunan “Azure” və “Microsoft” tədris materiallarından istifadə imkanı qazanacaq.

Xəbər lenti