Logo

Koreya universiteti onlayn tədris üçün tələbə qəbulu elan edir

03.02.2025 11:08 87 baxış
IMG

Koreyanın “Kyungpook” Milli Universitetinin alimləri (“Visiting Scholars”) bakalavriat və ya magistratura səviyyələrində təhsil alan tələbələrə onlayn qaydada müvafiq fənləri tədris edəcəklər. Proqramda iştirak etmək istəyənlər üçün müraciətlərin qəbulu elan edilib. 

Bu barədə TƏHSİL.BİZ -ə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, qaliblər bir ay ərzində onlayn qaydada tədris prosesində iştirak etmək və sözügedən universitetin təcrübəsini qazanmaq imkanı əldə edəcəklər.

Proqrama müraciət üçün son tarix 15 fevral 2025-ci ildir. Proqram barədə ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərsiniz.

Elan: https://docs.google.com/.../1WqtPSL2KZVLbPQosjp1O.../edit...

Xəbər lenti