Logo

Dəstə kənd tam orta məktəbinin şagirdləri NDU-da olublar

03.02.2025 10:33 82 baxış
IMG

Ordubad rayonunun Dəstə kənd tam orta məktəbinin XI sinif şagirdləri Naxçıvan Dövlət Universitetində olublar.

Bu barədə universitetdən TƏHSİL.BİZ -ə məlumat verilib. Bildirilib ki, şagirdlər ilk olaraq universitetin Tibb fakültəsi ilə tanış olaraq buradakı təhsil, tədqiqat imkanları barədə məlumatlanıblar. Burada şagirdlərə anatomiya, fiziologiya, farmakologiya, patologiya, biokimya və s. kabinləri haqqında geniş məlumat verilib.

Daha sonra Elmi Kitabxana ilə tanışlıq olub. Bələdçi kitabxananın şöbələri, kitablar, elektron kitab şöbəsi haqqında məlumat verib.

Kitabxana ilə tanışlıqdan sonra şagirdlər ardıcıl olaraq universitet xəstəxanası, Təbiətşünaslıq və kənd təsərrüfatı, Beynəlxalq münasibətlər və hüquq fakültələrindəki laboratoriyalar və tədris imkanları ilə də tanış olublar.

Şagirdlərdə maraq doğuran turdan sonra Sosial Mərkəzdə yemək süfrəsi ətrafında toplanan abituriyentlər universitet haqqında xoş təəssüratlarını bölüşüblər.

 

 

 

 


 

Xəbər lenti