Logo

Ombudsman: İnteqrasiya təlimli internat tipli gimnaziyaların təmirə ehtiyac var

03.02.2025 11:42 98 baxış
IMG

"Elm və Təhsil Nazirliyinin tabeliyindəki müəssisələrdə keçirilmiş başçəkmələr zamanı əvvəlki monitorinqlərdə Ombudsman tərəfindən verilmiş bir çox təklif və tövsiyələrin icra edildiyi müşahidə olunub".

Bu barədə TƏHSİL.BİZ -in sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatından məlumat verilib.

Bildirilib ki, uşaq hüquqlarının müdafiəsi və təbliği Ombudsmanın fəaliyyətində əsas istiqamətlərdən birini təşkil edir. Müvəkkil, “Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsi üzrə Monitorinq Qrupu və Milli Preventiv Qrup tərəfindən uşaq müəssisələrində mütəmadi olaraq monitorinqlər həyata keçirilir.

Monitorinqlər zamanı müəssisələrdə uşaqlarla konfidensial qaydada söhbət aparılır, saxlanma şəraiti, rəftar, təhsil hüququnun təmini, qidalanma, tibbi yardımın, psixoloji işin təşkili və digər məsələlər araşdırılıb:

“İnternat məktəblərində və penitensiar müəssisələrdə həllini gözləyən bəzi məsələlər qeydə alınıb. Tərəfimizdən aparılmış monitorinqlərə əsasən müəyyən edilib ki, nazirliyin tabeliyindəki bəzi müəssisələrdə, xüsusilə də inteqrasiya təlimli internat tipli gimnaziyaların təmirə ehtiyac var”.

Xəbər lenti