Logo

Naxçıvanda məktəblilər arasında II Kimya-Biologiya olimpiadası keçiriləcək

03.02.2025 14:36 74 baxış
IMG

Fevralın 8-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə dünya şöhrətli kimyaçı alim, akademik Yusif Məmmədəliyevə həsr olunmuş VIII–IX sinif şagirdləri arasında kimya və biologiya fənləri üzrə II Kimya-Biologiya Olimpiadasının muxtar respublika turu keçiriləcək. 

TƏHSİL.BİZ  xəbər verir ki, Naxçıvan şəhəri 11 nömrəli tam orta məktəbdə saat 10:00-da təşkil olunacaq olimpiadada rayon turunda qalib olan 187 şagirdin iştirakı nəzərdə tutulur. 

Qeyd edək ki, olimpiadanın təşkilində əsas məqsəd istedadlı şagirdləri aşkar etmək, onların potensial imkanlarının inkişafını təmin etmək, beynəlxalq olimpiadalara namizəd şagirdləri müəyyənləşdirməkdən ibarətdir.

Olimpiada məktəb, rayon və muxtar respublika olmaqla 3 turdan ibarət keçirilməsi nəzərdə tutululub ki, məktəb turunda 2 mindən, rayon turunda 500-dən artıq şagird iştirak edib. 

Bildirilib ki, olimpiadanın rayon mərhələsinin qalibləri diplom, təltifnamə, muxtar respublika mərhələsinin qalibləri isə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunacaqlar.

Xəbər lenti