Logo

Botanika İnstitutu beynəlxalq əməkdaşlığı genişləndirir

03.02.2025 17:38 63 baxış
IMG

Türkiyənin Qara Dəniz Texniki Universitetinin professoru Sevgi Kolaylı Botanika İnstitutunda olub.

Bu barədə TƏHSİL.BİZ -ə Botanika İnstitutundan məlumat verilib.

İnstitutun baş direktoru professor Səyyarə İbadullayeva qonağa Botanika İnstitutunun elmi-tədqiqat istiqamətləri, beynəlxalq əlaqələri, müştərək layihələri və əldə olunan nailiyyətləri haqqında məlumat verib.

S.Kolaylının ziyarətinin əsas məqsədi müştərək beynəlxalq konfransın təşkili üçün müzakirələrin aparılması olub. Müzakirələr zamanı müştərək layihələrin təşkili və birgə tədqiqatların aparılması üçün əməkdaşlıq memorandumunun bağlanmasının vacibliyi vurğulanıb, beynəlxalq konfransın keçirilməsi üçün ilkin razılıq əldə olunub. Qeyd edilib ki, Qara Dəniz Texniki Universiteti, Naxçıvan Dövlət Universiteti və Botanika İnstitutunun birgə təşkilatçılığı ilə baş tutacaq konfransın əsas məqsədi yabanı bitkilərdən istifadə, aromaterapiya, fitoterapiya və apiterapiya üzrə tədqiqatların genişləndirilməsidir.

Sonda qonaq institutun Botanika Muzeyi, Herbari Fondu və laboratoriyaları ilə yaxından tanış olub, elmi müəssisədə aparılan tədqiqat işlərini və əməkdaşlıq perspektivlərini yüksək qiymətləndirib.

Xəbər lenti