Logo

ADAU-nun bir qrup tələbəsi Gənclər Günü münasibətilə mükafatlandırılıb

01.02.2025 22:37 32 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir təşkil edib.

Tehsil.biz xəbər verir ki, Gənclər Evində keçirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi anılıb. Tədbirdə çıxış edən universitetin rektoru Zəfər Qurbanov bildirib ki, bu əlamətdar gün gənclərə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli üçün həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müstəqil Azərbaycanın əsas fəaliyyət istiqamətlərindən biri kimi qiymətləndirən Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Hazırda ölkəmizdə gənclər siyasəti yeni bir mərhələyə qədəm qoyub və daha yüksək keyfiyyət əldə edib. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə bir daha təsdiqləyir. Gənclərin mənəvi tərbiyəsi, vətənpərvərlik ruhunun gücləndirilməsi, xaricdə təhsil imkanları, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli, həmçinin gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait bu sahəyə verilən yüksək diqqətin əyani göstəricisidir.

Universitetin Tələbə Gənclər Təşkilatının (TGT) sədri Mir Həsən Həsənov və Aqrar Gənclər Təşkilatının (AGT) sədri Aytən Hüseynova çıxışında təşkilatların 2024-cü ildə həyata keçirdiyi layihələr barədə məlumat verib.

Sonda ali təhsil müəssisəsinin ictimai həyatında fəallığı ilə fərqlənən bir qrup tələbə fəxri fərmanlarla təltif olunub.

Xəbər lenti