Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə paylaşım edib.
Tehsil.biz xəbər verir ki, paylaşımda deyilir:
"Qoy hər bir gəncimiz öz zəkası, biliyi, bacarığı, qələbə və nailiyyətləri ilə xalqımızı hər zaman qürurlandırsın!"
Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan olunub.