Logo

ATMU Qarabağ Universiteti ilə akademik əməkdaşlıqda maraqlıdır

07.02.2025 16:54 43 baxış
IMG

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Qarabağ Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib.

Bu barədə ATMU-dan TƏHSİL.BİZ -ə bildirilib.

Universitetin yaranma tarixi, tədris sisteminin təşkili, təhsil proqramları, beynəlxalq əlaqələrin inkişaf tendensiyası və digər məsələlər haqqında ətraflı məlumat verən rektor İlham Mədətov Qarabağ Universiteti ilə akademik əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduqlarını vurğulayıb.

Daha sonra Qarabağ Universitetinin rektor müşaviri Hamiz Mahmudov görülən işlər və qarşıdakı planlar haqqında məlumat verib. Görüşdə Xankəndi şəhərində Ankara Hacı Bayram Vəli Universiteti və Qarabağ Universitetinin birgə təşkilatçılığı ilə keçirilməsi planlaşdırılan 6-cı Beynəlxalq Səyahət və Turizm Dinamikası konfransına dair məsələlər də müzakirə edilib. Qarabağ Universiteti və Ankara Hacı Bayram Veli Universitetinin birgə təklifi ilə ATMU bu konfransın təşkilində tərəfdaş universitet kimi iştirak edəcəkdir.

Konfransın əsas mövzusu turizmin mərkəzində dayanan “Mədəni irs” olaraq müəyyən edilib. Məqsəd mədəni irsin qorunması, yenidən şərh edilməsi və davamlılıq çərçivəsində turizm vasitəsilə necə transformasiya olunduğunu müzakirə etməkdir.

Qeyd olunub ki, dünyanın müxtəlif ölkələrindən aidiyyəti mütəxəssislər, akademik heyət üzvləri, tədqiqatçılar, sektor nümayəndələri və tələbələr bu unikal platformada bir araya gələrək bilik mübadiləsi və əməkdaşlıq imkanlarını dəyərləndirəcəklər.

Xəbər lenti