Logo

Beynəlxalq Aerokosmik və Rəqəmsal İnnovasiyalar Forumu gənclərin bu sahəyə marağını artıracaq

08.02.2025 17:41 39 baxış
IMG

Bu gün biz gənclər ölkəmizdə ilk dəfə keçirilən Beynəlxalq Aerokosmik və Rəqəmsal İnnovasiyalar Forumuna toplaşmışıq. Azərbaycan artıq kosmik istiqamətdə tədbirlərin keçirildiyi məkana çevrilib. Ötən ilin oktyabr ayında Bakıda keçirilən “NASA Space Apps Challenge" tədbiri də gənclərin bu sahədə səs sahibi olmasına imkan yaratdı.

Bu barədə TƏHSİL.BİZ -ə müsahibəsində Beynəlxalq Aerokosmik və Rəqəmsal İnnovasiyalar Forumunun təşkilatçısı “Uşaqlarımıza öyrədək” İctimai Birliyinin sədri və təsisçisi, aerokosmik tədqiqatçı Yusif Kərimli deyib.

“Azərkosmos”, “Nargiz” Fondu, Britaniyanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə keçirilən bugünkü forumda “NASA Space Apps Challenge" layihəsinin qalibi olmuş iki gənc spiker qismində burada təmsil olunacaq. Tədbir, eyni zamanda, əməkdaşlığa, yaradıcılığa və tənqidi düşüncəyə ilham verdi. Belə tədbirlər yeni nəsil alimlərin, texnoloqların, dizaynerlərin, mühəndislərin inkişafı və ölkəmizdə gənclərin bu sahəyə marağının artırılması məqsədi daşıyır”, - deyə Y.Kərimi əlavə edib.

“Bundan öncə biz xüsusi qayğıya ehtiyacı olan uşaqlarla bağlı tədbirlər keçirdik. Hazırda isə Azərbaycanda rəqəmsallaşma istiqamətində bir sıra işlər aparılır. Buna görə də gənclərimizə daha çox STEAM istiqamətində təlimlər keçirik”, - deyə o vurğulayıb.

Xəbər lenti