Logo

ADPU ilə Xarəzm Vilayəti Pedaqoji Ustalıq Mərkəzi əməkdaşlıq edəcək

24.04.2025 11:40 51 baxış
IMG

Aprelin 23-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Özbəkistan Respublikasının Xarəzm Vilayəti Pedaqoji Ustalıq Mərkəzinin direktoru dosent Jasurbek Salayev, direktor müavini dosent Muzaffar Matnazarov və tədris məsələləri üzrə şöbə müdiri Jumaniyaz Artikovdan ibarət heyətlə ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova arasında görüş keçirilib.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, görüşün məqsədi təhsil sahəsində əməkdaşlığı gücləndirmək və təcrübə mübadiləsi aparmaq olub. Görüşdə, hər iki tərəfin təhsil sistemindəki yeniliklər, tədris metodları və pedaqoji ustalıq məsələləri müzakirə edilib. Həmçinin qarşılıqlı təlim-tədris proqramlarının təşkil olunması, tələbə mübadiləsi və birgə elmi tədqiqatların aparılması kimi bir sıra önəmli məsələlərə toxunulub.

Daha sonra Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə Xarəzm Vilayəti Pedaqoji Ustalıq Mərkəzi arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Bu müqavilə, təhsil sahəsindəki əlaqələrin möhkəmləndirilməsinə və hər iki tərəfin təhsil sistemlərinin inkişafına töhfə verəcək.

 

 

 

 


 

Xəbər lenti