Logo

“Autizmli uşaqlar ölkəmizdə uğurla təhsil ala bilirlər” – Nazir müavini

24.04.2025 11:48 44 baxış
IMG

“Autizm spektr pozuntusu olan uşaqların erkən yaşlarda, xüsusilə məktəbəqədər və məktəb yaşında təhsil sisteminə cəlb olunması onların inkişafına əhəmiyyətli dərəcədə təsir göstərir. Bu xüsusilə onların nitq və ünsiyyət bacarıqlarının, sosiallaşma qabiliyyətlərinin və intellektual səviyyələrinin artması baxımından böyük rol oynayır”.

TƏHSİL.BİZ  xəbər verir ki, bu fikirləri bu gün “Autizm: Tədqiqatdan təcrübəyə” mövzusunda keçirilən Beynəlxalq Autizm Konfransı zamanı elm və təhsil nazirinin müavini Firudin Qurbanov səsləndirib.

“Digər inkişaf geriliyi olan uşaqlardan fərqli olaraq, autizm spektr pozuntusu olan uşaqların əksəriyyəti ümumi təhsil proqramı çərçivəsində uğurla təhsil ala bilirlər. Onlar sağlam eşitmə və görmə qabiliyyətinə, yaxşı yaddaşa və vizual qavrama bacarıqlarına malik olduqları üçün akademik materialları mənimsəməkdə çətinlik çəkmirlər”, - o qeyd edib.

Firudin Qurbanovun sözlərinə görə, bəzi autizmli uşaqlar riyaziyyat sahəsində xüsusi uğurlar qazanır, digərləri isə əgər motor bacarıqlarla bağlı məhdudiyyətləri yoxdursa, rəsmdə çox gözəl nəticələr göstərə bilirlər. Onların bəziləri spesifik maraq sahələrinə malikdirlər və bu sahələrdə məktəb proqramı çərçivəsində yüksək nailiyyətlər əldə edirlər:

“Həqiqətən də, istər tipik inkişaf edən, istərsə də qeyri-adi inkişaf xüsusiyyətləri olan uşaqların təhsili diqqət mərkəzində olmalıdır. Təhsil sisteminin əsas vəzifəsi autizm spektr pozuntusu olan uşaqlar da daxil olmaqla, bütün uşaqların imkan və məhdudiyyətlərini nəzərə alaraq onların təlim-tərbiyəsini təşkil etməkdir”.

Xəbər lenti