Logo

Sektor müdiri: 426-ya yaxın məktəbdə elektron jurnal istifadə edilir

24.04.2025 15:49 65 baxış
IMG

“Rəqəmsal məktəb platformasının əsas məqsədi tədrisin keyfiyyətini izləməkdir”.

TƏHSİL.BİZ  xəbər verir ki, bu fikirləri Təhsil TV-də yayımlanan "360 dərəcə təhsil" verilişində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Keyfiyyətə nəzarət və monitorinq sektorunun müdiri Fidan Nəcəfova səsləndirib.

O bildirib ki, müəllim dərs zamanı şagirdlərin davranışı və akademik göstəriciləri ilə bağlı qeydlər aparır. Nəticə etibarilə 45 dəqiqəlik dərsin necə təşkil olunduğu və hansı şəkildə keçirildiyi barədə sistem üzərindən məlumat əldə etmək mümkün olur. Qeydiyyat yalnız həmin gün ərzində aparılır, növbəti gün əvvəlki tarixə dəyişiklik etmək mümkün deyil.

“426-ya yaxın məktəbdə elektron jurnal istifadə olunur ki, onlardan 100-dən çoxu region təhsil müəssisələrinin payına düşür. Lakin bütün məktəblərdə tam şəkildə kağız daşıyıcılardan nə vaxt imtina ediləcəyini dəqiq demək çətindir. Bununla belə, son məqsəd məhz budur”, – deyə sektor müdiri vurğulayıb.

Xəbər lenti