Türkiyənin Hacettepe Universitetinin İnformasiya və sənəd idarəetməsi fakültəsinin professoru, kitabxanaşünas alim Bülent Yılmaz AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) qonağı olub.
Kitabxanadan TƏHSİL.BİZ -ə bildirilib ki, MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov ilə keçirilən görüşdə qonağa kitabxananın fəaliyyəti, fondları və rəqəmsallaşma prosesi haqqında ətraflı məlumat verib. MEK-in beynəlxalq əlaqələrinə toxunan H.Hüseynov Türkiyənin iri kitabxanaları ilə səmərəli tərəfdaşlığın qurulduğunu diqqətə çatdırıb.
Türkiyəli alim kitabxananın fondlarında olub, burada mühafizə edilən nadir nəşrlərə baxıb.
Görüş əsnasında qonaq müasir standartlara cavab verən kitabxananın əhəmiyyətini də qeyd edib.