Logo

“Kreativ gənclər düşərgəsi II” yekunlaşıb

20.05.2025 10:17 52 baxış
IMG

Mayın 16-18-də “İdman paytaxtı” Quba şəhərində “Kreativ gənclər II” düşərgəsi keçirilib. Gənclər və İdman Nazirliyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birgə təşkilatçılığı ilə baş tutan düşərgədə 120 nəfər tələbə iştirak edib.

TƏHSİL.BİZ  xəbər verir ki, düşərgədə ADMİU-nun tələbələri ilə yanaşı, Bakı Musiqi Akademiyası və Bakı Xoreoqrafiya Akademiyasının, ADMİU nəzdində Humanitar Kollecin tələbələri də təmsil olunublar. 

Düşərgənin açılış günündə Gənclər və İdman Nazirliyinin əməkdaşı Cəmilə Rzayeva, ADMİU-nun Yaradıcı layihələr şöbəsinin müdiri Aysel Məmmədzadə çıxış edərək bildiriblər ki, “Kreativ gənclər" düşərgəsinin keçirilməsində əsas məqsəd gənclərin asudə vaxtlarının səmərəli təşkili, düşərgə iştirakçıları arasında şəbəkələşmənin təmin edilməsi, yaradıcı və istedadlı gənclərin sosial, yaradıcı aktivliyinin və təşəbbüskarlığının artırılması, peşəkarlıq səviyyəsinin yüksəldilməsi, yaradıcı individuallığın və estetik zövqün formalaşdırılması, yaradıcılıq maraqları dairəsinin genişləndirilməsi, özünüinkişafın stimullaşdırılmasıdır.

Tədbirin ilk günü iştirakçılara ADMİU-nun psixoloqu Aynur Rəhimova tərəfindən “Daxili sakitliyə səyahət”, ADMİU-nun Teatr sənəti fakültəsinin dekanı, dosent Kəmalə Mehdiyeva tərəfindən “Səlis və inandırıcı nitqin sirləri” mövzusunda təlimlər, əyləncəli tanışlıq oyunları və tələbələrin özfəaliyyət yaradıcılığından ibarət konsert proqramı təşkil olunub.

Düşərgənin 2-ci günü beynəlxalq dərəcəli məşqçi Arzu Salmanlının başçılığı ilə səhər idmanı ilə başlayıb.

Daha sonra ADMİU-nun Yaradıcı layihələrin təşkili şöbəsinin mütəxəssisi Toğrul Qasımov “Daxili güc”, Əməkdar rəssam Vüqar Əli və ADMİU-nun müəllimi Fidan Cəfərli “Rənglərin sirri”, “Brand Manager FBCO” LLC, Sinteks Groupun əməkdaşı Amin Liftiyev “Karyera strategiyası”, rəqqasə Aydan Kamilova “Milli rəqslərimiz milli dəyərlərimiz” mövzusunda təlimləri ilə günü daha da maraqlı ediblər.

ADMİU nəzdində Humanitar Kollec və Azərbaycan Milli Konservatoriyasının tələbələrinin iştirakı ilə hazırlanmış mədəni proqram 2-ci günün unudulmaz anlarından olub.

“Kreativ Gənclər Düşərgəsi II” mayın 18-də uğurla öz işini yekunlaşdırıb.

 

 

 

 


 

Xəbər lenti