Logo

Gimnaziyanın direktoru nöqsanlara görə işdən çıxarıldı

20.05.2025 10:24 199 baxış
IMG

Şəki-Zaqatala Regional Təhsil İdarəsi tərəfindən aparılmış yoxlama zamanı Şəki şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın fəaliyyətində ciddi nöqsanlar aşkar edilib.

Bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən TƏHSİL.BİZ -ə məlumat verilib.

Bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 19 may 2025-ci il tarixli müvafiq əmrinə əsasən, müəssisənin direktoru Babayeva Taliə Akif qızının əmək müqaviləsinə xitam verilib.

Qeyd edək ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsi tərəfindən tabeliyində olan təhsil müəssisələrində yoxlama və nəzarət tədbirləri davam etdiriləcək, aşkar ediləcək nöqsanlara görə isə aidiyyəti şəxslər barəsində müvafiq intizam tədbirləri görüləcək.

Xəbər lenti