Logo

BDU-da Karyera Festivalı keçiriləcək

20.05.2025 10:31 48 baxış
IMG

Bakı Dövlət Universiteti (BDU) və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə mayın 27-də Karyera Festivalı keçiriləcək. Festivalda ölkəmizin 80-dək nüfuzlu şirkətinin iştirakı nəzərdə tutulub.

BDU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, festivalın keçirilməsində məqsəd tələbə və məzunları ölkənin aparıcı şirkətləri ilə bir araya gətirmək, onların əmək bazarına uğurlu inteqrasiyasını təmin etməkdir.

“Açıq qapı” formatında təşkil ediləcək festivalda digər universitetlərin tələbə və məzunları, həmçinin işsiz və işaxtaran şəxslər də iştirak edə bilərlər.

Festivalda tələbə və məzunların bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə vörkşop və seminarların keçirilməsi, simulyasiya və startap guşələrinin təşkili nəzərdə tutulub.

Festivalda iştirak üçün link vasitəsilə mayın 26-dək qeydiyyatdan keçmək olar.

Xəbər lenti