Logo

İkili diplom proqramının məzunları ilə görüşlər keçirilir

20.05.2025 14:19 45 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Türkiyənin Ege Universitetin arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramının “Bitki mühafizəsi” ixtisası üzrə ilk məzunlarından olan Fəridə Bayramova ilə həmin ixtisasın tələbələri arasında  görüş təşkil edilib. 

TƏHSİL.BİZ xəbər verir ki, görüşdə məzun bitirdiyi ixtisasın kənd təsərrüfatı istiqaməti üzrə  vacibliyini qeyd edərək, uğurlu təhsil yolundan danışıb, ikili diplom proqramının gənclərin təhsilində və yüksəkixtisaslı mütəxəssis kimi yetişmələrində əhəmiyyətli rol oynadığını bildirib. O, proqramın yalnız akademik deyil, həm də praktik peşəkar inkişaf baxımından böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

"Bu proqram sayəsində həm ADAU-nun, həm də Ege Universitetinin zəngin tədris resurslarından və elmi-tədqiqat imkanlarından istifadə etmə imkanım oldu. Nəticədə geniş perspektivlər açıldı və mən magistratura təhsilimə Ege Universitetində davam edirəm", - deyə Fəridə Bayramova bildirib.

Qeyd edək ki, Fəridə hal-hazırda Ege Universitetində magistr pilləsində təhsil alır, həmçinin Herbs Aqro şirkətində satış texniki vəzifəsində çalışır.

 

 

 

 


 

Xəbər lenti