Logo

Ali Attestasiya Komissiyası Dilçilik İnstitutunun elmi-tədqiqat fəaliyyətini qiymətləndirib

04.06.2025 15:30 100 baxış
IMG

İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədr müavini Sakin Cabbarov, komissiyanın aparat rəhbəri Gülarə Tağızadə, Filologiya və pedaqogika üzrə ekspert şurasının sədri professor Mahirə Hüseynova və digər əməkdaşlar AMEA Nəsimi adına Dilçilik İnstitutunda akkreditasiya yoxlamasında iştirak ediblər.

Bu barədə TƏHSİL.BİZ -ə institutdan bildirilib. Yoxlama zamanı institutun elmi-tədqiqat fəaliyyəti, kadr potensialı, elmi əsərlərin nəşr prosesi, beynəlxalq əməkdaşlıqlar və maddi-texniki baza yerində araşdırılıb, müvafiq sənədlər təqdim edilib və suallar cavablandırılıb.

İnstitutun direktoru professor Nadir Məmmədli son illərdə əldə olunmuş nailiyyətlər haqqında danışıb, xüsusilə Mahmud Kaşğarinin 86 ildən sonra tapılan “Divanü-lüğat-it türk” əsəri barədə məlumat verib, bu tapıntının dünya türkologiyası və türkoloji dilçilik elminə böyük töhfə olduğunu vurğulayıb.

Komissiya üzvləri institutun kitabxanası, eləcə də Dialektologiya, Tətbiqi dilçilik və digər şöbələrdə aparılan tədqiqatlarla, sənədləşmə işi ilə tanış olublar.

Xəbər lenti