Logo

İngilis dili müəllimi olmaq istəyənlər üçün MİQ mövzuları

04.06.2025 16:10 237 baxış
IMG

Dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə keçiriləcək test imtahanı mərhələsində “Xarici dil” (İngilis dili) ixtisası üzrə iştirak edən namizədlərə ümumilikdə 40 sual təqdim ediləcək.

Bu barədə TƏHSİL.BİZ  Təhsil İnstitutunun təqdim etdiyi “Müəllimlərin işə qəbulu müsabiqəsinin qiymətləndirmə çərçivəsi” sənədinə əsasən xəbər verir.

Bildirilir ki, namizədlər oxuyub-anlama üzrə 15, leksikologiyadan 8, dil qaydaları üzrə isə 17 suala cavab verməlidirlər.
Məzmun sahələri üzrə mövzular:

1. Oxuyub-anlama
Cümlə, dialoq və ya mətn qurmaq
Cümləni, dialoqu və ya mətni məntiqi sonluqla tamamlamaq
Cümləni parafraz etmək
Mətnin əsas fikrini, ideyasını tapmaq
Mətn əsasında ən uyğun nəticəni seçmək, səbəb-nəticə əlaqəsini müəyyən etmək
Mətni sürətli gözdən keçirib, spesifik məlumatı tapmaq
Mətndə müəyyən bir fikrin verilib-verilməməsini təyin etmək və ya mətnə aid olmayan fikirləri tapmaq
Mətnin məzmununa uyğun düzgün başlığı seçə bilmək, yaxud başlığa uyğun düzgün mətn seçmək

2. Leksikologiya
Sinonimləri, antonimləri, frazeoloji ifadələri, idiomları və atalar sözlərini mənasına uyğun olaraq düzgün müəyyən etmək və ya cümlədə istifadə etmək
Verilmiş vəziyyət üçün düzgün sözü və ya ifadəni istifadə etmək
Kontekstdən sözü anlamaq və mənasını müəyyən etmək
Sözləri mənalarına görə fərqləndirmək və ya uyğunlaşdırmaq

3. Dil qaydaları
3.1. Morfologiya: Nitq hissələri

İsim

İsimlərin mənalarına görə təsnifi: ümumi və xüsusi isimlər
İsmin əsas qrammatik əlamətləri
İsmin hal və kəmiyyət kateqoriyaları
İsmin ümumi və yiyəlik halları

Sifət

Sifətlərin mənalarına görə təsnifi: əsli və nisbi sifətlər
Sifətlərin əsas qrammatik əlamətləri
Əsli sifətlərin dərəcə kateqoriyaları
İsimləşmiş sifətlər

Say

Sayın növləri: miqdar, sıra və kəsr sayları

Əvəzlik
Əvəzliklərin təsnifi
Who, which, what, whose sözlərinin sual, nisbi və bağlayıcı əvəzlik kimi işlənməsi
Some, any, no, every əvəzlikləri və onların törəmələri
Kəmiyyət bildirən many, much, little, few, a little, a few, a lot (of), plenty of və başqa sözlərin işlənməsi

Feil

Feillərin təsnifi
Əsas qrammatik əlamətləri
Əsas, köməkçi, bağlayıcı feillər

Feilin xəbər şəkli
Feilin məlum və məchul növü
Zamanların uzlaşması

Modal feillər

Modal feillərin ekvivalentləri
Feilin vasitəli şəkli
Feilin şəxssiz formaları

Feili isim

Qısalma və ya reduksiya

Zərf

Zərfin növləri
Zərf düzəldən suffikslər
Zərfin dərəcələri
Həm sifət, həm də zərf kimi işlənən sözlərin omonimliyi və dərəcə kateqoriyası

Artikl

Qeyri-müəyyənlik və müəyyənlik artiklı
Artiklın işlədilməsi və işlədilməməsi qaydaları
Artikl və ya artiklsız işlənən ifadələr

Sözönü

Sözönüləri, sözönülü ifadələr və onların başqa nitq hissələri ilə omonimliyi

Bağlayıcı

Tabeli və tabesiz bağlayıcılar və başqa nitq hissələri ilə omonimliyi

Ədat

Modal sözlər

Nida

3.2. Sintaksis

Cümlə: Sadə (məqsəd və intonasiyaya görə) və mürəkkəb cümlələr (tabeli-tabesiz), aralarındakı sintaktik baxımdan quruluş fərqlilikləri
Mübtəda ilə xəbərin uzlaşması
Cümlə üzvləri: Cümlənin baş və ikinci dərəcəli üzvləri
Vasitəsiz nitq, vasitəli nitq
Sadə və mürəkkəb cümlələrdə inversiya
There formal sözü ilə başlanan cümlələr

Sənəddə qeyd olunur ki, test mərhələsində bütün fənlər üzrə, o cümlədən metodika və pedaqogika sahəsində namizədlərin bilik və bacarıqları həm nəzəri, həm də praktik baxımdan yoxlanılır.

Əlavə olaraq vurğulanır ki, mövzular müəyyən edilərkən ümumi təhsil müəssisələrində istifadə olunan dərsliklərə istinad edilib və təqdim olunan mövzulara xüsusi diqqət yetirilməsi tövsiyə olunur.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə qeydiyyat 29 may saat 11:00-dək davam edəcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər əvvəlcə “Digital Login” əldə etməli və www.miq.edu.az saytına daxil olaraq onlayn qeydiyyatdan keçməlidirlər.

Xəbər lenti