AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Mədəniyyət Nazirliyi və Laçın rayonunda Prezidentin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçın şəhərində keçirilən “MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin tədbirlərində iştirak edib.
TƏHSİL.BİZ xəbər verir ki, tədbir çərçivəsində “Mədəniyyətlərarası əməkdaşlıq: dayanıqlı inkişaf yolu kimi” və “Qarabağ və Şərqi Zəngəzurun təbii ehtiyatları” mövzularında dəyirmi masalar təşkil olunub. “Qarabağ və Şərqi Zəngəzurun təbii ehtiyatları” mövzusunda dəyirmi masa İsa Həbibbəylinin moderatorluğu ilə keçirilib.
Qeyd edək ki, MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunub.