Logo

Türkiyədə şagirdləri daşıyan avtobus aşıb, ölən var

09.01.2023 15:34 260 baxış
IMG

Türkiyənin Qars şəhərində şagirdləri daşıyan avtobus aşıb.

Tehsil.biz "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hadisə Arpaçay rayonunun Karaurqan kəndində baş verib.

Nəticədə 13 yaşlı Gökhan Polat həyatını itirib, 14 şagird yaralanıb.

Əraziyə səhiyyə və polis qrupları cəlb ediliblər.

Yaralılar təcili yardım maşınları ilə Arpaçay Dövlət Xəstəxanası və Qarsdakı xəstəxanalara aparılıblar.

Avtobus sürücüsü saxlanılıb.

Xəbər lenti