Logo

Xalq şairi Rəsul Rzanın məzarı ziyarət olunub - FOTO

20.05.2024 13:47 311 baxış
IMG

Xalq şairi Rəsul Rzanın anadan olmasının 114-cü ildönümü ilə əlaqədar Azərbaycan Yazıçılar Birliyinin sədri Anar başda olmaqla qurumun rəhbərliyi, mərhumun ailə üzvləri, dostları və poeziya həvəskarları şairin Fəxri xiyabandakı məzarını ziyarət ediblər.

AMEA-dan "Tehsil.biz"ə bildirilib ki, qələm adamları Xalq şairi Rəsul Rzanın məzarı üzərinə tər güllər düzüb, onun xatirəsini anıblar.

Mərasimdə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Rəsul Rza Fondunun sədri akademik Rafael Hüseynov unudulmaz şairin zəngin yaradıcılığından söz açıb, onunla bağlı xatirələrini bölüşüb. O, Rəsul Rzanın ədəbiyyatımızda öz sözü, yeri, fərdi yaradıcılıq siması və orijinal yazı manerası ilə başqa qələm yoldaşlarından fərqləndiyini vurğulayıb.

Tədbirdə şairin əsərlərinin fəlsəfəsindən, poetik məna çalarlarından bəhs edilib, onun "Qızılgül olmayaydı" poemasını milli poeziyanın repressiya qurbanlarına həsr olunmuş ilk və ən mükəmməl nümunələrindən biri olduğu bildirilib.

Xəbər lenti