Logo

Metrologiya İnstitutuna müvəqqəti rəhbər TƏYİN OLUNDU

20.05.2024 10:55 116 baxış
IMG

İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Metrologiya İnstitutunun Baş direktorunun vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Xamis Seyranova həvalə edilib.

Tehsil.biz xəbər verir ki, bu barədə APA məlumat yayıb.

Bildirilib ki, daha əvvəl bu səlahiyyəti baş direktorun müavini Teymur Səfiyev icra edirdi.

Qeyd edək ki, Xamis Seyranov eyni zamanda nazirliyin Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin Təbii inhisarlara dövlət nəzarəti şöbəsinin müdiridir.

Xəbər lenti