Çin Pakistan üçün rabitə peykini orbitə buraxıb.
Tehsil.biz xəbər verirki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Çin “Long March-3B” daşıyıcı raketindən istifadə edərək Pakistan üçün çoxməqsədli rabitə peykini uğurla orbitə buraxıb. Buraxılış cənub-qərb Sıçuan əyalətindəki Siçan kosmodromundan həyata keçirilib.
Qeyd edilir ki, peyk planlaşdırılmış orbitə daxil olub. Buraxılış Long March reaktiv daşıyıcıları üçün sayca 524-cü idi.
Pakistanın çoxməqsədli rabitə peyki Çin Kosmik Elm və Texnologiya Akademiyası tərəfindən hazırlanıb. O, Dongfanghong-4 qabaqcıl peyk rabitə platformasından istifadə edir. Peyk Pakistan və ətraf əraziləri əhatə etməli olan ekvator üzərində geosinxron orbitdə 15 il işləmək üçün nəzərdə tutulub. Peyk regiondakı istifadəçilərə televiziya, radio yayımı, gücləndirilmiş regional əlaqə, yüksək tutumlu genişzolaqlı internet və təkmilləşdirilmiş naviqasiya kimi müxtəlif xidmətlər təqdim edəcək.