Logo

Yerin maqnit sahəsində pozulma başlayıb

01.06.2024 00:17 292 baxış
IMG

Yer kürəsində maqnit sahəsində pozulma başlayıb. Buna mayın 29-da Günəşin tac kütləsinin püskürməsi səbəb olub.

Tehsil.biz xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutunun Heliogeofizika xidməti məlumat yayıb.

Məlumata görə, maqnit sahəsinin pozulma dərəcəsi hələ G1 (zəif) səviyyəsinə yüksəlməyib.

Alimlərin fikrincə, 31 may - 1 iyun tarixlərində G3 səviyyəsinə (güclü) qədər yüksələ biləcək maqnit qasırğası gözlənilir.

Xəbər lenti