Logo

İçərişəhərdə ziyarətçilər üçün tütün istifadəsi və satışı müvəqqəti olaraq dayandırılıb

31.05.2024 22:40 328 baxış
IMG

Bu gün Ümumdünya Tütünsüz Günü qeyd olunur.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Kommunikasiya və ictimaiyyətlə əlaqələr sektorundan "Tehsil.biz"ə verilən məlumata görə, bu qlobal təşəbbüsə dəstək olaraq, İçərişəhərdə ziyarətçilər üçün tütün istifadəsi və satışı müvəqqəti dayandırılıb.

“Saat 12:00-dan 18:00-dək ictimai iaşə obyektlərində və mehmanxanalarda tütün satışı dayandırılaraq, hamı üçün daha sağlam ətraf mühit şəraiti yaratmağa dəstək verilib”, - deyə məlumatda qeyd olunub.

Xəbər lenti