Logo

“Uşaqların sevinci” adlı tədbir təşkil olunub

01.06.2024 22:41 326 baxış
IMG

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində “Uşaqların sevinci” adlı tədbir təşkil olunub.

Teatr muzeyindən "Tehsil.biz"ə bildirilib ki, tədbir muzeyin və Abşeron – Xızı Regional Mədəniyyət İdarəsi Abşeron rayon Xırdalan şəhər onbirillik Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə keçirilib.

Muzeyin elmi-kütləvi işlər şöbəsinin müdiri Ümidə Hacıyeva uşaqları bayram münasibətilə təbrik edib və onlara bu əlamətdar günlə bağlı məlumat verib.

Tədbirin bədii hissəsində Xırdalan şəhər onbirillik Musiqi Məktəbinin şagirdləri bəstəkar pedaqoq Sevinc İbrahimovanın müxtəlif mövzulu uşaq mahnılarından ibarət musiqili kompozisiya ilə çıxış ediblər.

Xəbər lenti